Mədəniyyət
Müasir İncəsənət Muzeyində Qabriel Qarsiya Markesin xatirəsi anılacaq
Bakı, 11 aprel,
AZƏRTACAprelin 16-da Bakı Müasir İncəsənət Muzeyində Kolumbiyanın Azərbaycandakı səfirliyi dünya şöhrətli yazıçı Qabriel Qarsiya Markesin anma mərasimini keçirəcək.
Muzeydən
AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan hökumətinin, ölkədə akkreditə olunan diplomatik korpusun, yerli Latın Amerikalı icmasının nümayəndələri, alim, rəssam, yazıçıların iştirakı gözlənilir.
Mərasimdə kolumbiyalı yazıçı Oktavio Eskobar ədəbiyyat üzrə Nobel mükafatının kolumbiyalı laureatının həyat və yaradıcılığı, həmçinin müasir Kolumbiya ədəbiyyatı haqqında danışacaq.
Tədbirdə kolumbiyalı fotoqraf Nereonun çəkdiyi Qabriel Qarsiya Markesin fotoşəkillərinin sərgisi də nümayiş olunacaq.