Mədəniyyət
AZƏRTAC
Moskva Dövlət Konservatoriyasında sufi musiqisi və poeziya axşamları silsiləsi
Bakı, 11 aprel,
AZƏRTACAprelin 20-dən 23-dək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında “Yunus Əmrənin qızılgül bağçasından” adlı sufi musiqisi və poeziya axşamları silsiləsi keçiriləcək.
AZƏRTAC
Moskva Dövlət Konservatoriyasının saytına istinadla xəbər verir ki, tədbirlər Türkiyənin Moskvadakı səfirliyi və “Dünyanın musiqi mədəniyyətləri” elmi-yaradıcılıq mərkəzinin dəstəyi ilə baş tutacaq