"Möhtəşəm bir əsər gəlir"
Hər zaman fərqli layihələrə imza atan
Xumar Qədimovanövbəti möhtəşəm işini yekunlaşdırmaq üzrədir.
Axşam.az-ın məlumatına görə, sənətçi "Əl-ələ tut gedək" adlı əsər hazırlayıb. Kompozisiyanın sözləri tanınmış şairə, filologiya üzrə fəlsəfə doktoru
Sona Vəliyevaya, musiqisi X.Qədimovanın özünə aiddir.
X.Qədimovanı
Əvəz Muradovun rəhbərliyi altında fəaliyyət göstərən orkestr müşayiət edib. Əsərdə xalq artistləri
Alim Qasımov,
Nurəddin Mehdixanlı, ifaçı
Novruz Savalanda yer alıb. İnstrumental ifa isə
Hikmət Aslanova məxsusdur.
Kompozisiyaya qısametrajlı film hazırlanıb. X.Qədimova bir müddət əvvəl vəd etdiyi layihənin, nəhayət, işıq üzü görəcəyini açıqlayıb: "Möhtəşəm bir əsər gəlir. Bu işin ərsəyə gəlməsi üçün böyük komanda çalışıb. Ekran işində obrazlarımdan biri Dərvişdir. Hamı hazır olsun. Demək olar ki, indiyədək bu cür layihəyə rast gəlinməyib. Yaxın günlərdə təqdim edəcəyəm".
Milli.Az