Sosial

​Mingəçevirdə başı boruya keçmiş uşaq xilas edilib

Metbuat.az

Bakı. 16 aprel. REPORT.AZ/ Mingəçevirdə azyaşlı uşaq başını diametri 150 mm olan asbest borunun içərisinə keçirdərək köməksiz vəziyyətdə qalıb.


"Report" xəbər verir ki, şəhər Mərkəzi xəstəxanasından,

Fövqəladə Hallar Nazirliyi

nin “101” qaynar telefon xidmətinə daxil olmuş məlumata əsasən, hadisə yerinə gələn yanğınsöndürən-xilasedicilər müxtəlif kəsici alətlərdən istifadə etməklə azyaşlıya müvafiq köməklik göstəriblər.


Uşaq daha sonra həkimlərə təhvil verilib.