Sosial

Milli qəhrəman Anatoli Davidoviçin adına küçə verilib (VİDEO)

Metbuat.az

Gəncədəki küçələrdən biri Qarabağ müharibəsində şəhid olan Belarus əsilli Anatoli Davidoviçin adını daşıyacaq.



Bu məqsədlə təşkil olunan mərasimə şəhər ictimaiyyətilə yanaşı Belorsudan olan Milli Qəhrəmanın ailə üzvləri də qatılıb.



Azərbaycanın Milli Qəhrəmanı Anatolinin xatirəsini əbədiləşdirmək üçün şəhərdə onun barelyefinin də açılışı oldu.



Anatoli Davidoviç 1992-ci ilədək SSRİ, sonra isə Rusiya ordusunda qulluq edib. Sonralar Azərbaycan ordusunda xidmət edən mayor Davidoviç Hərbi hissədə artileriya qərargahının rəisi olub.



O, Ağdamda gedən ağır döyüşlərdə şəhid olub. Milli Qəhrəmanın Gəncəyə gələn ailə üzvləri təsürralatını bizimlə bölüşdü.



“Mən hər kəsə təşəkkür edirəm. Ölkə öz qəhrəmanları üçün hər şey edir. Bizim əziz adamımız Anatoli 1992-ci ildə sizin torpaqlarda şəhid olub. Mənə çox xoşdur ki, Azərbaycan xalqı öz qəhrəmanlarını xatırlayır”, - deyə Milli Qəhrəmanın həyat yoldaşı Tatyana Davidoviç bildirib.



“Anatoli Davidoviç də Azərbaycanın milli ordu quruculuğunda, artileriya qoşunların yaranmasında, eləcə də formalaşmasında müstəsna rolu olub. Tərtər, Ağdam, Goranboy və Ağdərə uğrunda gedən döyüşlərdə yaxından iştirak edib”, – deyə müdafiə nazirliyinin nümayəndəsi Abdulla Qurbani bildirib.



Anatoli Davidoviçə döyüşlərdə göstərdiyi qəhrmanlığa görə Azərbaycan Prezidentinin fərmanı ilə 1992-ci ildə ölümündən sonra Milli Qəhrəman adı verilib. O, doğulduğu Slutsk şəhərində dəfn edilib.



Mənbə
ANS-TV-Ülvi Telmansoy