Sosial
Mikayıl Cabbarov Şəmkirdə vətəndaşları qəbul edəcək
Bakı. 7 aprel. REPORT.AZ/ Təhsil naziri
Mikayıl Cabbarovaprelin 13-də Şəmkirdə vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Şəmkirdəki
Heydər ƏliyevMərkəzində keçiriləcək qəbulda Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilər. Qəbula gəlmək istəyən vətəndaşlar 7, 8, 9 və 10 apreldə
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyətə məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.