Sosial
Fövqəladə Hallar Nazirliyi
“Metropark” Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib
Bakı. 12 aprel. REPORT.AZ/ Bakıda yerləşən "Metropark" Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib.
Fövqəladə Hallar Nazirliyi
ndən "Report"a verilən məlumata görə, hadisə ticarət mərkəzinin qazanxana hissəsində yaranmış qəza nəticəsində meydana gəlib.
Zəhərlənən 15 nəfər Kliniki Tibbi Mərkəzinə (KTM) yerləşdirilib. Bu barədə "Report"a KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.
A.Maqsudov deyib ki, zəhərlənmənin dəqiq səbəblərinin araşdırılır. Zərərçəkənlərdən bir qisminin vəziyyəti yüngül, digərlərinki orta ağır qiymtləndirilir. Vəziyyəti ağır olan yoxdur.