Sosial
"Metropark"da baş verən kütləvi zəhərlənmə ilə bağlı dövlət qurumları birgə komissiya yaradıb
Bakı. 13 aprel. REPORT.AZ/ Bakının Nərimanov rayonunda yerləşən "Metropark" ticarət mərkəzində baş verən kütləvi zəhərlənmə faktı ilə bağlı polis, prokurorluq orqanları və
Fövqəladə Hallar Nazirliyinin (FHN) yüksək ixtisaslı mütəxəssislərindən ibarət birgə komissiya yaradılıb. Bu barədə "Report"a FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib. Onun sözlərinə görə birgə komissiyanın verəcəyi yekun rəydən sonra hadisənin başvermə səbəbləri məlum olacaq. O.Bayramov həmçinin bildirib ki, FHN-in mütəxəssisləri Bakı şəhərində yerləşən ticarət mərkəzlərində baş verə biləcək yanğın və ya digər fövqəladə hadisələrin qarşısının alınması istiqamətində mütəmadi yoxlamalar həyata keçirir.