Sosial

Metroda iş saatı dəyişdiriləcək

Metbuat.az

I Avropa Oyunları zamanı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində iş saatı dəyişdiriləcək.



ANS PRESS-in məlumatına görə, bu barədə AzərTAc-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.



Nəsimi Paşayev bildirib ki, I Avropa Oyunları zamanı sərnişinlərin rahat hərəkətinin təşkil edilməsi məqsədilə iyunun 12-dən 28-dək metroda iş saatı 01: 00-a qədər artırılacaq. I Avropa Oyunlarının açılış və bağlanış günü isə metronun iş saatı gecə saat 02:00-a qədər uzadıla bilər.



Xatırladaq ki, hazırda metro səhər saat 6-dan gecə saat 12-yə kimi işləyir.

Mənbə
ANS PRESS