Sosial

Mətbəx sirləri: Yaz salatı

Metbuat.az
Milli.Az yaz salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:


2-3 pomidor


500 q toyuq filesi


150 q bərk pendir


1 banka qırmızı lobya konservi


kahı


suxarı


mayonez və ya xama



Pomidoru və kahını xırda doğrayın.



Pendiri sürtgəcin xırda gözündən keçirin. 



Toyuq filesini xırda tikələrə doğrayıb vam odda 20 dəqiqə, suyu çəkilincə bişirin. Azca qovura da bilərsiniz.


 


Bütün ərzaqları qarışdırın, mayonez və ya xama vurun.



Süfrəyə verəndə üzərinə suxarı səpin.



Nuş olsun!



Resept: vk.com/academy_main

Milli.Az