Mətbəx sirləri: Tutmanik - FOTO
Tərkibi:
xəmir:
1 x.q. quru aktiv maya
2 x.q. şəkər tozu
100 ml isti su
2 yumurta
200 ml qatıq
1 ç.q. duz
700 q un
70 q kərə yağı
əlavə:
50 q kərə yağı + 1 x.q. bitki yağı
iç:
300-400 q pendir
Quru mayanı şəkər tozu və 100 ml isti suyla qarışdırın, 10 dəqiqə saxlayın.
Yumurta, qatıq və duzu eynicinsli hala gələnədək çalın.
Dərin qaba unu ələyin, içinə kərə yağını sürtgəcdən keçirin.
Mayanı və yumurta qarışığını əlavə edib xəmir yoğurun. Üzərinə dəsmal çəkib isti yerdə təxminən 1,5 saat saxlayın.
Pendiri sürtgəcdən keçirin (çox duzlu pendirdən istifadə etməyin).
50 q kərə yağı ilə 1 x.q. bitki yağını qarışdırın. Əlinizi bu qarışığa batıraraq xəmiri azca ətləyin. 3 yerə bölün.
Hər üçünü dördbucaqlı şəklində yayın. Üzərinə pendir səpin.
Sonra rulet kimi bükün, amma çox sıxmayın.
Hər ruleti 5-7 sm uzunluqda hissələrə doğrayın.
Formanı yağlayın. Kəsdiyiniz parçaları içinə çox sıx olmadan yanaşı düzün. 10-15 dəqiqə saxlayın.
Sobanı 200 dərəcə qızdırın.
Piroqu 10 dəqiqə bişirin, sonra temperaturu 180 dərəcəyədək azaldaraq daha 20 dəqiqə bişirin.
Nuş olsun!
Milli.Az