Sosial

Mətbəx sirləri: Tərəvəzli tart - FOTO

Metbuat.az
Milli.Az tərəvəzli tartın hazırlanma qaydasını təqdim edir

Tərkibi:

xəmir:


125 q kərə yağı


250 q un


1 yumurta


1 ç.q. şəkər tozu


1 çimdik duz



iç:

3 yerkökü


2 tünd rəngli qabaq


2 açıq rəngli qabaq


2 badımcan


150 q xırdalanmış çedder və ya motsarella


30 q parmezan


100 q kəsmik və ya brınza


200 q xama


1 yumurta


duz


istiot


zeytun yağı



Soyudulmuş kərə yağını kubik doğrayın, un, yumurta, duz, şəkər tozu ilə blenderdən keçirin, ovuntuq alınacaq. Kündələyin, 24 sm diametrli formaya döşəyin, kənarlarını qaldırın, çəngəllə deşin. 1 saat soyuducuda saxlayın.



Tərəvəzləri təmizləyib hamısını nazik uzun şəridlərə doğrayın.



Pendirləri (çedder və ya motsarella, brınza (kəsmik), parmezan) xama və yumurta ilə qarışdırın, duz, istiot vurun.


 


Bu qarışığı xəmirin üstünə yayın.



Tərəvəzləri növbə ilə ortadan başlayaraq düzün. Kənarlarını azca pendirli içə basın, sonra spiral kimi düzün. Duz, istiot vurun, üzərinə bir qədər yağ gəzdirin.



190 dərəcə qızdırılmış sobanın orta gözündə 25-30 dəqiqə bişirin.













Nuş olsun!



Resept: vk.com/academy_main

Milli.Az