Sosial
Mətbəx sirləri: Şakşuka - FOTO
Milli.Az hulinar.ru-ya istinadən şakşukanın hazırlanma qaydasını təqdim edir
Tərkibi:
Milli.Az
Yəhudilər deyirlər ki, şakşuka onların mətbəxinə aiddir, ərəblər isə əksini söyləyirlər. Üstəlik, şakşukanın o qədər variantları var ki… Onlardan birini bu gün təqdim edirik.
Tərkibi:
2 banka qara lobya konservi
2 diş sarımsaq
5 pomidor
6-8 yumurta
acı istiot
şüyüd
keşniş
qara istiot
zeytun yağı
duz
şəkər tozu
Doğranmış sarımsağı yağda qovurun.
Sarımsağın iyi çıxanda doğranmış acı istiotu əlavə edin.
Təxminən 2 dəqiqə sonra qabığı soyulub iri doğranmış pomidorları əlavə edin.
Duz, istiot, şəkər tozu səpin.
Pomidorlar dibə yatıb, sous qatılaşacaq. Doğranmış şüyüd səpin.
Süzülmüş lobyanı əlavə edin. Dadına baxıb duz-istiotunu ayarlayın. Daha 5 dəqiqə bişirin.
Yumurtaları əlavə edin.
Boşqaba yuxa döşəyin, şakşukanı çəkin. Üzərinə doğranmış keşniş səpin.
Nuş olsun!
Milli.Az