Sosial

Mətbəx sirləri: Qırmızı balıq ləvəngisi

Metbuat.az
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən qırmızı balıq ləvəngisinın hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 ədəd iri, hisə verilmiş balıq


2 pomidor


2 şirin bibər


cəfəri


duz, istiot



Pomidor, bibər və cəfərini iri-iri doğrayıb, üzərinə bir az duz əlavə edib qarışdırın. Hisə verilmiş balığın qarnını təmizləyib, hazırladığınız içliyi doldurun. İçliyin kənara tökülməməsi üçün qarının kənarından sapla tikin və ya sapı qarın hissəyə adi qaydada sarıyın.



Hazırladığınız tərəvəzli balıq ləvəngisini su hamamında 15-20 dəqiqə müddətində bişirin. Bunun üçün balığın içinə rahatlıqla sığışacağı diametrdə qazan götürüb, içinə dərin doşqab yerləşdirin, təxminən 1 st. su tökün. Sonra içi doldurulmuş balığı həmin boşqaba qoyub qazanı ocaqda 15-20 dəqiqə müddətində saxlayın. Belə etdikdə tərəvəzlərin dadı balığa çıxacaq və yemək daha ləzzətli alınacaq. Yemək süfrəyə isti və ya ilıq halda təqdim edilə bilər.



Nuş olsun!



Milli.Az