Sosial

Mətbəx sirləri: Enqadin

Metbuat.az
Milli.Az İsveçrə mətbəxinin klassikası sayılan enqadin desertinin hazırlanma qaydasını təqdim edir

Paxlava sevirsiniz? Məsələn, isveçrəlilər sevirlər. Amma çox güman ki, paxlavanın necə hazırlandığını bilmirmişlər, ona görə də öz variantlarını fikirləşib tapıblar.



Tərkibi:

2 st. un


1 yumurta


150 q kərə yağı


150 q şəkər tozu


çay qaşığının ucunda duz



iç:

300 q qoz ləpəsi


100 q fıstıq


3 x.q. kərə yağı


1,5 st. 15%-li qaymaq


1 yumurtanın sarısı



Yumşaldılmış yağı şəkər tozu və duzla çalın, 1 yumurta, sonra isə tədricən unun hamısını əlavə edərək xəmir hazırlayın. Üzərinə dəsmal çəkib 1 saat soyuducuda saxlayın.



Qoz ləpəsini bıçaqla xırdalayın.



Fıstığı da xırdalayın. 



Kərə yağını tavada əridin, şəkər tozu əlavə edərək karamelizə edin, doğranmış qozla fıstığı əlavə edib yaxşıca qarışdırın. Soyudun. Qaymağı əlavə edin.



Soyuyub bərkimiş xəmiri çıxarıb iki yerə bölün. Birini yayıb yağlanmış formaya döşəyin. Üzərinə içi bərabər yayın. Xəmirin ikinci hissəsini yayıb üzərinə çəkin. Kənarlarını birləşdirin (iç bişəndə axmasın).



Üzərinə çalınmış yumurta sarısı çəkin.



200 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.



Süfrəyə soyuq süd və dondurma ilə verə bilərsiniz.



Nuş olsun!



Resept: www.swiss-cuisine.ru

Milli.Az