Məşhur müğənnidən bəd xəbər
Amerikalı kantri ifaçısı Teylor Sviftin anası xərçəg xəstəliyinə tutulub. Məşhur müğənni bu barədə sosial şəbəkədə yazaraq, fanatlarını diqqətli olmağa çağırıb.
"Hər zaman həyatımın şad günlərini sizinlə paylaşmışam. Bu dəfə ailəmlə bağlı üzücü bir xəbər verəcəyəm. Yeni il ərəfəsində anamdan xahiş etdim ki, mənə hədiyyə kimi həkim müayinəsinə getsin. Mən və qardaşım əmin idik ki, heç bir ciddi xəstəlik yoxdur. Lakin nəticələr əlimizə çatanda məlum oldu ki, anam xərçəngdir".
Müğənni anasına bunu mediaya sızdırmamağı və müalicəni gizli şəkildə aparmağı təklif edib. Lakin o buna etiraz edib.
"O, düşünür ki, sizin də valideynləriniz işlərinin çoxluğuna görə həkimə getməyə vaxt tapa bilmirlər. Ancaq siz onları mütləq həkim müayinəsi üçün razı salmalısınız. Həkimə getməyə gecikməyin." Teylor Sviftin fanatlarına ismarışında belə deyib.
Mənbə
Associated Press