Şou
Mənbə
ANS PRESS
Məşhur aktrisanın Nuhun gəmisi kimi evi FOTO
Məşhur Hollivud ulduzu Salma Hayekin evində 50-yə yaxın heyvan bəslədiyi məlum olub.
ANS PRESS-in məlumatına görə, aktrisa heyvanlarından bəzisinin foto şəklini şəxsi “instaqram” səhifəsində paylaşıb.
Şəkillərdən birində Hayek çarpayıda oturub və onun çiynində Jaja və Toto adlı iki tutu quşu var. Həmin fotoda aktrisanın Blu və Dive adlı iki iti də var.
Bildirilir ki, Salma Hayekin heyvan kolleksiyasında dağ siçanı, pişik, balıq, toyuq, at, lama və s. var.
1966-cı ildə Meksikada dünyaya gələn Salma livanlı atanın və meksikalı ananın qızıdır.
Mənbə
ANS PRESS