Dünya
Anspress
Milli.Az
Merkel Rusiyaya şans verdi
Vladivostokdan Lissabona kimi azad ticarət zonası yaradılsın
Almaniya kansleri Angela Merkel Rusiya ilə olan siyasi fikir ayrılığına baxmayaraq iqtisadi əməkdaşlığın bitməsini istəmədiyini deyib.
Anspress
-in məlumatına görə, Rosbalt xəbər verir ki, Moskva və Berlin arasında fikir ayrılığını siyasi diskussiya vasitəsilə həll etmək lazımdır.
“Bunun perspektivində isə biz Rusiyanın da olduğu nəhəng ticarət zonasının yaranmasını görürük”, - deyə Merkel Ştralzunde iqtisadi forumunda çıxışı zamanı deyib.
“Biz nə vaxtsa Vladimir Putinin dediyi kimi Vladivostokdan Lissabona kimi birgə iqtisadi bölgəyə addım-addım irəliləyirik”, - deyə kansler əlavə edib.
Bundan əlavə, Merkel bildirib ki, Ukrayna və Moldovanın AB ilə assosiasiya razılaşması Rusiyaya qarşı yönəlməyib.
Milli.Az