Mədəniyyət

Memati Başdan daha bir sürpriz

Metbuat.az

"Kurtlar Vadisi"nin məşhur qəhrəmanlarından olan Memati Baş bu dəfə özünü Osmanlı Sultanı İldırım Bəyazid rolunda sınayıb.



ANS PRESS-in məlumatına görə, 2015-ci ilin ən iddialı filmi olaraq göstərilən "Somuncu Baba Aşkın Sırrı"ında Gürkan Uygun İldırım Bəyazid obrazını canlandıracaq.



Yeni rolu ilə əlaqədar olaraq çox həyəcanlı olduğunu bildirən aktyor Bəyazid rolundan ləzzət aldığını deyib:



"Somuncu Baba Aşkın Sırrı" filmində İkinci Bəyazid xarakterini canlandırmaq inanılmaz dərəcədə ləzzət etsə də bir o qədər də çətinliyi oldu. "Möhtəşəm Yüz İl"də Memar Sinanı canlandırmışdım. Bu tip tariximizə yön verən şəxsləri oynamaq bir aktyor üçün böyük şansdır. Amma bir o qədər də diqqətli olmağımızın lazım olduğunu düşünürəm. İnanıram yeni film tamaşaçılar tərəfindən də sevilər".







Mənbə
ANS PRESS