Mədəniyyət

Məleykə Əsədova ilk sevgidən danışdı

Metbuat.az

Akademik Milli Dram Teatrının tanınmış aktrisası, xalq artisti

Məleykə Əsədova

"Düzünü desək" verilişində maraqlı açıqlamalar edib. Milli.Az xəbər verir ki, aktrisa ilk baxışdan sevgiyə inandığını bildirib:



"Sevəndə insanın ruhu təzələnir. İlk baxışdan sevgiyə inanıram. Belə sevgi əbədi olur. Keçmişdə belə sevgilər daha çox olardı. İndi elə bil ki, insanların bir-birinə güvəni itib, sevgilər çox adiləşib".



Aktrisa ardınca əlavə edib ki, heç vaxt ilk sevgi uzunmüddətli olmur:



"İlk sevgi əbədi olmur, dostluğa çevrilir. Əslində, ailə həyatı da dostluğa çevrilməlidir".



İntiqam Valehoğlu
Milli.Az