Sosial
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.
Məktəblilərin kitaba marağı niyə aşağıdır? - VİDEO
Kitab çox, oxuyan yox...
Kitab oxumaq vərdişi insanlarda körpəlikdən formalaşmalıdır. Uşaqların zehni, sosial və dil baxımından inkişafında kitab mühüm vasitədir. Türkel TV (Region) uşaqların kitaba olan marağını Tovuzda araşdırıb.
Müsahibə alınan uşaqlarda kitaba maraq az olsa da, Tovuz Rayon Uşaq Kitabxanasında yetərincə kitab var. Hər halda, 3128 kitab az deyil. Kitabxanadan deyirlər ki, onlar təbliğat üçün əlllərindən gələni edirlər. Məsələn, gətirilən yeni kitabların oxuculara tanıdılması üçün silsilə tədbirlər keçirilir.
Amma oxucular yoxdur da demək olmaz. Rayon mədəniyyət evinin binasında yerləşən uşaq kitabxanasına ötən il ərzində 3718 oxucu gəlib. Bu da orta hesabla gün ərzində 10 uşaq deməkdir. Kitabxanada nağıl kitabları üstünlük təşkil edir. Kitabxanaçı deyir ki, burada uşaq ensiklopediyaları var. Araşdırmalarımızdan məlum oldu ki, uşaqların əksəriyyəti dərslik çərçivəsindən kənara çıxmırlar.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.