Mədəniyyət və turizm naziri Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak edir
Bakı, 14 aprel,
AZƏRTACMədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyanın Madrid şəhərində keçirilən Dünya Səyahət və Turizm Şurasının Qlobal Sammitində iştirak edir.
Nazirlikdən
AZƏRTAC-a bildirilib ki, aprelin 14-də işə başlayan sammitin ilk günündə dünyanın turizm nazirləri və ən qabaqcıl korporasiya və şirkətlərinin rəhbərləri arasında “dəyirmi masa” keçiriləcək.
Eyni zamanda sammit çərçivəsində cari il mayın 18-19-da Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda BMTDTT-ün dəstəyi ilə keçiriləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri ilə bağlı müzakirələr aparılacaq. Bu maqsədlə Əbülfəs Qarayevin BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşü və bir sıra digər ikitərəfli görüşlər planlaşdırılır.
Sammiə aprelin 15-də yekun vurulacaq.