Mayli Sayrus və Şvarsneqqer ayrıldı - fotolar
Müğənni Mayli Sayrus və Patrik Şvarsneqqer artıq ayrılıblar.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, son zamanlar münasibətlərinin pis vaxtını yaşayan cütlüyün ayrılması xəbəri dəqiqləşib. Maylinin yaxın dostları deyir ki, "Bu, onların münasibətlərinə verdiyi fasilə deyil. Bu, sondur, çünki çox müxtəlif insandırlar. Patrik kollec tələbəsidir, Mayli isə bütün diqqətini musiqiyə verib".
Lakin müğənninin bu ayrılıqdan təsirləndiyi hiss olunmur. İnstaqram səhifəsində paylaşdığı fotolarda Sayrusun bütün gününü əyləncədə keçirdiyi görünür. Hətta fotolardan birində o, "Dünyanın ən xoşbəxt insanı" sözlərini yazıb. Patrik isə tez-tez kollec dostları ilə fotolarını palaşır.
Qeyd edək ki, Hollivud aktyoru Arnold Şvarsneqqerin oğlu olan Patrikin M.Sayrus ilə münasibəti ailəsi tərəfindən dəstəklənmirdi. İfaçı ilə sevgi yaşadığı üçün atası onu mirasından da məhrum etmişdi.