Şou

Leyla Əliyevanın qonağına xalça hədiyyə edildi (FOTO)

Metbuat.az

Dünyanın aparıcı muzeylərindən biri olan İngiltərənin Viktoriya və Albert Muzeyinə Qarabağın "Bəhmənli" xalçasının surətini hədiyyə edilib.



ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə verdiyi məlumata görə, sözügedən xalça Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan muzeyin direktoru Martin Rota təqdim edilib.



Hədiyyə olunan xalça 2014-cü ildə Azərbaycan Xalça Muzeyində Lalə Əliyeva tərəfindən toxunub. "Bəhmənli" xalçasının surətini Martin Rota mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev təqdim edib.



Xalçanın əsli Azərbaycan Xalça Muzeyində saxlanılır və üzərində toxucunun adı və xalçanın toxunma tarixi - "Hicri 1346 Nargilə xanım" yazısı həkk olunmuşdur.



"Bəhmənli" xalçalarının naxışları XV əsrdən etibarən Azərbaycanda toxunmağa başlayan məşhur "Əjdahalı" xalçalarının interpretasiyasıdır. "Əjdahalı" naxışları Azərbaycana Böyük İpək Yolu vasitəsilə gəlmiş və Azərbaycan xalça sənətinin inkişafında mühüm rol oynamışdır.




Mənbə
ANS PRESS