Leyla Əliyevanın dəvəti ilə Martin Rot Bakıdadır
Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin "Qırmızı kitab"ının 50 illik yubileyinə həsr edilmiş "Bu gün burada" adlı sərgi çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru professor Martin Rotu ölkəmizə dəvət edib.
ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Martin Rot və onu müşaiət edən köməkçisi Yekaterina Taşeva 8-10 aprel tarixində Azərbaycanda səfərdə olacaqlar.
Səfərin əsas məqsədi dünyanın ən nüfuzlu muzeylərindən biri olan Viktoriya və Albert Muzeyi ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və Azərbaycan muzey işçilərinin müasir beynəlxalq muzey təcrübəsindən bəhrələnməsidir.
Qeyd edək ki, professor Martin Rot 9 aprel tarixində Azərbaycan Xalça Muzeyi və Milli İncəsənət Muzeyinə baş çəkəcək.
MənbəANS PRESS