Sosial
ANS PRESS: Esmira İsmayılova
Lənkəranda cinayətkar dəstə ifşa olundu
Lənkəran rayonunda kütləvi şəkildə iribuynuzlu mal-qara oğurlayanlar tutulublar.
Lənkəran rayon polis şöbəsinin rəis müavii Elçin Cəfərovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, keçirilən əməliyyat nəticəsində 3 nəfər saxlanılıb.
Araşdırmalar zamanı mal-qara oğurlayan Xalid Mirverdi oğlu Quliyev, Varid Xudaverdi oğlu Quliyev və Vüqar İltifat oğlu Bayramov tutularaq istintaqa təhvil verilib.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər Lənkəran və qonşu rayonlardan çoxlu heyvan oğurlayıblar. Onlar heyvanları Elxan adlı qəssaba veriblər. Elxan da həmin heyvanları dəyər-dəyməzinə alırmış.
Araşdırmalar zamanı Elxan da saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar davam edir.
MənbəANS PRESS: Esmira İsmayılova