Şou
Mənbə
ANS PRESS
Ledi Qaqa ev axtarır (FOTO)
Bir müddət öncə nişanlanan məşhur müğənni Ledi Qaqa ev almağa hazırlaşır. ANS PRESS-in "Daily Mail"ə istinadla verdiyi məlumata görə, Qaqa bu məqsədlə 20 milyon dollar büdcə ayırıb.
Qaqa yeni evini Manhettendə almaq niyyətindədir.
Toya hazırlaşan müğənni nişanlısı aktyor Teylor Kinni ilə ev axtarışına başlayıb. 29 yaşlı tanınmış "Upper West Side" rayonunda yaşamaq istəyir. İş ondadır ki, Ledi Qaqanın valideynləri də burada yaşayır və o ata evindən uzaq olmaq istəmir.
Qeyd edək ki, mart ayında Ledi Qaqanın toyu barədə xəbərlər yayılıb. Qaqa ilə Teylorun toyunun Malibuda keçiriləcəyi deyilir. Müğənni buradakı evinə 23 milyon dollar xərcləyib. Qaqa bu evini "səmaya ən yaxın yer" adlandırır.
Mənbə
ANS PRESS