Sosial
ANS PRESS
Külli miqdarda qızıl oğurlandı
Bakının Yasamal rayonunda mənzildən külli miqdarda qızıl oğurlanıb.
Yasamal Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Murtuza Muxtarov küçəsi 118 ünvanında yerləşən mənzil qarət olunub.
Mənzildən 60 minə yaxın zinət əşyaları oğurlanıb.
Məlumat daxil olan kimi xüsusi axtarış qrupu yaradılaraq, hadisə yerinə göndərilib.
Faktla bağlı araşdırmalar davam edir.
MənbəANS PRESS