Sosial

Külək və yağış olacaq - HAVA PROQNOZU

Metbuat.az

Bakıda və Abşeron yarımadasında  aprelin 23-də hava şəraiti dəyişkən buludlu olacaq. Səhər bəzi yerlərdə çiskin olacaq, gecəyə doğru yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında sabah  arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-9, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə olacağı gözlənilir.