Sosial

Külək kəsib, yağış gələcək

Metbuat.az
Bakıda əsən güclü şimal-qərb küləyi sabah gündüz mülayimləşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən

Trend

-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə havanın ciskinli olacağı, gecəyə doğru yağış yağacağı proqnozlaşdırılır. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.



Havanın temperaturu gecə 5-8, gündüz 11-15 dərəcə isti olacaq.



Azərbaycanın bölgələrində aprelin 23-də bəzi yerlərdə arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.



Havanın temperaturunun gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.



Milli.Az