Ölkə

Koreya Perspektiv Tədqiqatlar İnstitutunun direktoru Şamaxı Astrofizika Rəsədxanasında olub

Metbuat.az

Bakı, 17 aprel,

AZƏRTAC

 


Ölkəmizdə səfərdə olan Koreya Respublikasının Perspektiv Tədqiqatlar İnstitutunun (KİAS) direktoru Jaevan Kim Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının kollektivi ilə görüşüb.


Rəsədxanadan

AZƏRTAC

-a bildiriblər ki, qonaq “Dünya elmi Azərbaycanda” proqramı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən ölkəmizə dəvət olunub.


Görüşdə rəsədxananın əməkdaşları ilə yanaşı, Şamaxı rayonunun bir qrup müəllim və tələbəsi iştirak edib.


Rəsədxanın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev koreyalı alim haqqında iştirakçılara məlumat verib. Bildirilib ki, J.Kim kvant mexanikası, nanotexnologiyalar üzrə tanınmış alimdir.


Təmsil etdiyi institutda aparılan tədqiqatların istiqamətləri çərçivəsində yerinə yetirilən işlər, beynəlxalq əlaqələrindən söz açan qonaq Azərbaycana səfərindən, xüsusən AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası ilə tanışlıqdan məmnunluğunu ifadə edib.


Sonra J.Kim tədbir iştirakçılarının suallarını cavablandırıb.


Sonda koreyalı alim rəsədxanada son illər aparılan yenidənqurma işləri, 2 m-lik teleskopun avtomatlaşdırılması və modernləşdirilməsi, istifadə olunan yeni işıq qəbulediciləri, onların vasitəsi ilə alınan müşahidə materialları və onların işlənməsində istifadə edilən proqramlar, rəsədxanada alınan elmi nəticələrlə tanış olub.