Komitədən qadınlarla bağlı MARAQLI STATİSTİKA
Sahibkarlıqla məşğul olan fərdi sahibkarların 80,8 faizini kişilər, 19,2 faizini isə qadınlar təşkil edib. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi”ndə 28,9 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”da 21,4 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində fərdi sahibkarların 20,5 faizini təşkil edir.
Sahibkar qadınların 39,0 faizi Bakıda, 16,4 faizi Aran, 15,2 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçmişlər. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə bölgüsündən aydın olur ki, Bakıda (22,0%), habelə Gəncə-Qazax (22,9%) və Şəki-Zaqatala (20,8%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.
2015-ci il aprelin 1-i vəziyyətinə Statistik vahidlərin Dövlət registrinə daxil edilmiş, torpaq payı almış ailələrin sayı 850 mini keçmişdir ki, bu da ölkədə torpaq payı alanların 98,0 faizini təşkil edir. Dövlət registrinə daxil edilmiş ailə təsərrüfatlarının iqtisadi rayonlar üzrə bölgüsü aşağıdakı kimi olub.