Sosial
“Kişi adam sonsuz olmaz”
Hər evlənən cütlüyün arzusu övlad sahibi olmaqdır. Valideyn olmağı təxirə salmayın, əgər bir probleminiz varsa, vaxt itirmədən analizlərinizi etdirin.
Kişinin reproduktiv sağlamlığına hormonlar, sperma ifrazı, sperma kanallarında spermanın daşınması, cinsi funksiyalar təsir edir. Bunların hər hansı birində problem olarsa, sonsuzluq yaranır.
Milli.Az lent.az-a istinadən kişi sonsuzluğunun səbəblərini təqdim edir.
Kriptorşizm (enməmiş xaya)
Doğumda, ya doğumdan ən gec 1 ay sonra yeni doğulmuş oğlan uşağının xayası yumurtalıq torbasına (skrotuma) düşür. Xayanın hər ikisinin, ya da birinin skrotuma enməməsi kriptorşizm adlanır. Birinin enməməsi halında sperma sayı az olur, heç enməyən hallarda isə sperma ümumiyyətlə olmur. 2-3 yaşlarında cərrahiyyə yolu ilə endirilməlidir.
Xaya şişləri
Bu səbəbdən müalicə alan kişilərdə sonsuzluq sıx görülür. Kimyaterapiya üçün istifadə edilən dərmanlar, radioterapiya sperma keyfiyyətinə mənfi təsir edir.
Testikulyar travma (yaralanma)
Yaralanma sonrası xayalarda olan sertoli hüceyrələri qan dövranına qarışaraq antisperma antikorlarının yaranmasına və sonsuzluğa yol açır.
Varikosel
Varikosel skrotum xayaların ətrafındakı damarların varikoz genişlənməsidir. Genişlənmiş damarlar kişilərin yüzdə 15-də görülür. Onu da qeyd edək ki, hər varikosel olan kişi sonsuz deyil. Sperma qapaqlarının olmaması səbəbindən qan geriyə doğru axaraq göllənir. Bu, yüzdə 90 nisbətdə sol xayada görülür. Qan axının yavaşlaması ilə skortumda istilik artır, sol böyrəküstü vəzdən gələn tərs istiqamətdəki qan axını xayaların yüksək nisbətdə toksiklərə məruz qalmasına səbəb olaraq çoxalma hormonlarının balansının pozulmasına səbəb olur.
İnfeksiyalar
Gonore, vərəm və digər bakterial infeksiyalar zamanı meydana gələn infeksiyalar çoxalma kanallarında tutulmalara yol açır. Sperma hərəkətini pozur və inkişafına mane olaraq sonsuzluğa yol açır. Cinsi yolla keçən xlamidya, mikoplazma, ureplazma kimi infeksiyalar da sonsuzluğa yol açır.
Sistemik xəstəliklər
Yüksək qızdırmalı xəstəliklər çoxalmaya mənfi təsir edir. Yüksək qızdırma bir neçə saat içində sperma ifrazına zərər verir. Yüksək qızdırmalı xəstəlik keçirən kişilərdə üç-dörd həftə sonra sperma sayında azalma olur. Böyrək, qaraciyər xəstəsi olan kişilərdə də çoxalma hormonları azalır. Böyrək xəstələrində impotensiya, cinsi istəksizlik, spermanın az ifrazı görülür. Tez-tez dializ etdirən xəstələrdə hormonal pozğunluq və sperma ifrazında azalma olur. Allergik reaksiyalar sonrasında da spermada azalma görülür.
Çoxalma kanallarında tıxanıqlıq
Bu kanallarda yaşanan tıxanıqlıq spermanın bayıra çıxmasını əngəlləyir. İnfeksiya, yaralanma, cərrahiyyə əməliyyatı kanallarda tıxanıqlıq yaradır. Bəzilərində isə elə doğuşdan tıxanmış olur.
Sinir sisteminə bağlı olan onurğa iliyi zədələnmələri
Boşalma olmaması, ereksiya problemlərinə, cinsi yaxınlığın gerçəkləşməməsinə, sperma sayının azalmasına səbəb olur.
Bəzi genetik pozuntular
Cinsiyyət xromosomlarındakı pozğunluq sonsuzluğa səbəb olur. Əzələ xəstəlikləri, anemiya, sidik kisəsinə aid pozuntularda sonsuzluq sıx görülür.
Antibiotik, kimyaterapiya sperma ifrazına mənfi təsir edir.
Siqaret sperma sayı, hərəkət və toxumasına mənfi təsir edir. Siqaret çəkən kişilərin arvadlarında hamiləlik zamanı düşmə ehtimalının yüksək olduğu deyilir.
Spirtli içki xayaların kiçilməsinə, tetesteron pozulmasına səbəb olur.
Narkotik maddələr sperma keyfiyyəti və ifrazına mənfi təsir edir. Hormonal balanssızlığa yol açır.
Parazit dərmanları, depressiya, mədə xorası, yüksək təzyiq, allergik xəstəliklərin müalicəsi kişi çoxalma sağlığına mənfi təsir edir.
Testesteronda sperma ifraz edən hüceyrələr radiasiyaya qarşı həssasdır. Radiasiya qəbul edən kişilərdə sperma ifrazı yenidən 3-5 il sonra başlayır.
Yüksək istilik, sauna, isti su vannaları sperma ifrazına mənfi təsir edir.
Milli.Az