Şou
Kayahanın xəstəxanada çəkilmiş sonuncu fotosu
Dünən ağciyər xərçəngindən dünyasını dəyişən türkiyəli müğənni Kayahanın xəstəxanada çəkilmiş sonuncu fotosu yayılıb.
Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, şəkildə sənətçinin ailə üzvləri ilə yanaşı, Nilufər, Sezen Aksu kimi həmkarları da yer alıb.
İfaçı vəsiyyətinə əsasən, dəniz mənzərəli yerdə basdırılmaq istədiyi üçün Kanlıca Məzarlığında dəfn olunacaq.
Kayahanın ailəsi isə dəfn mərasiminə çələng göndərmək istəyənlərdən bunun əvəzinə Məhmətcik Vəqfinə yardım göstərmələrini xahiş edib.