Mədəniyyət
“Kapellhaus”da dahi alman bəstəkarının anadan olmasının 245 illiyinə həsr olunan konsert
Bakı, 20 aprel,
AZƏRTACAprelin 21-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində dahi alman bəstəkarı L.Betxovenin anadan olmasının 245 illiyinə həsr edilən konsert keçiriləcək.
“Kapellhaus”dan
AZƏRTAC-a bildirilib ki, konsertdə əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev, əməkdar artist Sahib Paşazadə, Rəsul Abbasov iştirak edəcəklər. Konsertdə L.Betxovenin sonataları, Vasif Allahverdiyevin və Ceyhun Allahverdiyevin əsərləri səslənəcək.