Sosial
ANS PRESS
İt çilçırağın içindən marixuana tapdı
Avtobusla Azərbaycana gələn şəxsdən narkotik vasitə götürülüb.
ANS PRESS-in Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycana gələn İran vətəndaşı, sürücü Hafiz Qəhrəmani və onun köməkçisi, Azərbaycan vətəndaşı Emin Mehtiyevin idarə etdikləri “Skania” markalı sərnişin avtobusuna xidməti itin tətbiqilə baxış keçirilib.
Baxış zamanı xidməti itin reaksiyasına əsasən, avtobusun yük yerindəki çilçırağın içərisindən 2 ədəd bükümdə, ümumi xalis çəkisi 15,42 qram olan narkotik vasitə - marixuana aşkar olunub.
Faktla bağlı təhqiqat aparılır.
MənbəANS PRESS