Mədəniyyət

İstiqlal Muzeyində Əliağa Şıxlinskinin 150 illik yubileyinə həsr edilmiş sərgi açılacaq

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Aprelin 21-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında general Əliağa Şıxlinskinin 150 illik yubileyinə həsr edilmiş “Generalın yolu” adlı tədbir-sərgi təşkil olunacaq.


Muzeydən

AZƏRTAC

-a bildirilib ki, tədbir Prezident İlham Əliyevin 2014-cü il 20 noyabr tarixli “General Əliağa Şixlinskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil olunacaq.


Sərgidə 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər tamaşaçılara təqdim olunacaq.