Sosial

İŞİD üçün döyüşən Azərbaycan vətəndaşı tutuldu

Metbuat.az

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı tutulub.



ANS PRESS-in məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarından APA-ya bildirilib.



Verilən məlumata görə, Bakı sakini, 1989-cu il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.



Aparılan araşdırmalar zamanı onun Suriya və İraqda İŞİD silahlı birləşməsinin tərkibində döyüşlərdə iştirak etdiyi məlum olub.



Onun barəsində həbs qətimkan tədbiri seçilib və araşdırma aparılır.

Mənbə
ANS PRESS