Şou

İllər sonra Alişan və Çağlayla bağlı etiraf etdi

Metbuat.az
Aktrisa Mələk Baykal "Hər şey daxil" verilişində maraqlı etiraflar edib.

Axşama.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, müğənni Alişan və model Çağla Şikellə çəkildiyi "Cənnət məhəlləsi" serialı haqqında elə onların proqramında danışıb:



"Çağlanın və Alişanın serialda çəkiləcəyini eşidəndə mən rolumdan vaz keçdim. Çünki mən aktyorla oynamağa öyrəşmişəm. Biri podium ulduzu, biri isə türk xalq musiqisinin kralı... Düşündüm ki bacarmayacaqlar. Lakin rejissora güvəndiyim üçün qaldım. Sonra qarşıma iki canavar çıxdı. İkisi də, həqiqətən də, işlərini çox yaxşı bacardılar".



Qeyd edək ki, M.Baykal serialda Ç.Şikelin canlandırdığı obrazın anası rolunda idi.