Sosial
Milli.Az
"İkinci Şuşanın yaradılması düzgün deyil"
Trend"Mən bu təklifin tərəfdarı deyiləm, ona görə ki, ikinci Şuşanın yaradılması düzgün deyil"
-in məlumatına görə, bu barədə gənclər və idman naziri
Azad RəhimovBakı-2015 Avropa Oyunlarının məşəl proqramının təqdimatı zamanı hansısa yaxın rayonda simvolik olaraq Şuşa məntəqəsinin yaradılması və məşəlin orada da yandırılması təklifinə münasibət bildirərkən deyib.
Nazir qeyd edib: "Əgər biz ikinci Şuşanı yaratsaq, ikinci Ağdamı yaratsaq, onda o torpaqlar bizə qayıtmayacaq, deyəcəklər ki, sizin öz Şuşanız var. Bütün Azərbaycan xalqı inanır ki, işğal olunmuş torpaqlarımız Azərbaycana geri qayıdacaq, biz Şuşada məşəl də yandıracağıq, böyük tədbirlər də keçirəcəyik".
Milli.Az