Mədəniyyət

İki istedadlı xanımın birgə layihəsi

Metbuat.az

Bakı, 21 aprel,

AZƏRTAC

Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı rəssamlar Mənzər Hacıyeva və Nərminə Vəliyevanın təqdimatında “Metamorfoz” adlı layihə nümayiş olunub.


Muzeydən

AZƏRTAC

-a bildirilib ki, onların əl işlərində xanımların hiss və duyğuları əks etdirilib.


Tədbirdə muzeyin direktoru Çingiz Fərzəliyev hər iki gənc xanımın layihəsini yüksək qiymətləndirərək onlara uğurlar arzulayıb.


Xalq rəssamı, professor Salhab Məmmədov tələbəsi Nərminə Vəliyevanın çox istedadlı rəssam olduğunu vurğulayıb. Onun Azərbaycan incəsənətində özünəməxsus yaradıcılıq yolu olduğunu qonaqların diqqətinə çatdırıb.


Rəssamlar İttifaqının katibi, professor Ağaəli İbrahimov hər iki rəssamın yaradıcılığını bəyəndiyini və onlara hər zaman dəstək verməyə hazır olduğunu söyləyib.


Sərgidə 20 geyim dizaynı və 15 rəsm əsəri nümayiş olunub.