Sosial

İki il əvvəl baş verən cinayətin üstü açıldı

Metbuat.az

Lənkəranda iki öncə mənzildən külli miqdarda pul oğurlayan şəxslər saxlanılıb.



ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Lənkəran rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində 2013-cü il avqustun 20-də Mais İbrahimovun evindən 15 000 manatın rayon sakinləri Yusif Rəhmanlı, Murad Canızadə və qardaşı Azər tərəfindən oğurlandığı müəyyən edilib.



Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Y. Rəhmanlı və M. Canızadə tutulublar.



Faktla bağlı araşdırma aparılır.


Mənbə
ANS PRESS