"İki gündür buna görə peşmanam" - Xoşqədəm Hidayətqızı
ATV-dən qalmaqallı şəkildə çıxan aparıcı Xoşqədəm Hidayətqızı ANS-də yayımlanan “Günə Baxan” verilişində qonaq olub.
Axşam.az-ın məlumatına görə, o, tamaşaçı sevgisinə arxayın olduğunu vurğulayıb:
"Hər zaman tamaşaçı sevgisinə güvənmişəm. Bütün verilişdə onlar qarşısında baş əymişəm. Nə yaxşı ki, onlar var. Mənim arxamda kimsə dayanmayıb. Onların sayəsində uğur qazandım. İndi də tamaşaçının məni seçəcəyinə əminəm. Yaxın günlərdə layihəm ANS-də başlayır. Heç vaxt pul üçün çalışmadım. Amma iki gündür buna görə peşmanam. Layihəni yaradarkən maddiyat düşünmədim. Onu balam kimi sevdim. Bir işi sevmirsənsə, orada uğur qazanmazsan. Beş il verilişi reytinqdə birinci etmək asan iş deyil. Əgər sən 100-200 min qazanırsansa, onun 20 minini çalışanlara ver. İnsan ağrısı pul mənbəyinə çevrilməmlidir. 2 il öz cibimdən, dostlarımın dəstəyi ilə "Səni axtarıram"ı ayaqda saxladım. Bu layihəni kim nə desə də, davam edəcəm. Bir layihəni ərsəyə gətirəndən sonra ona sahib çıxanlar çox olacaq. Əsas odur ki, onu yaradan baş burdadır. Beş il əvvəl ANS-ə gəlmişdim. İndi də rəhbərlik tərəfindən xoş qarşılandım. Hər bazar saat 22:00-da yenə də Xoşqədəm efirdə olacaq. Dünyanı gəzirəm, ANS hər yerdə izlənilir. Narahat olan insanlara deyirəm ki, telefon nömrəmiz, elektron ünvanımız olduğu kimi qalıb. ANS Xoşqədəmlə sizi axtaracaq".
X.Hidayətqızının verilişdəki çıxışını aşağıdakı videodan izləyə bilərsiniz: