Mədəniyyət

“İçərişəhər” və “Qala” qoruqlarında “açıq qapı” günü

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edir.


İdarədən

AZƏRTAC

-a bildirilib ki, aprelin 18-də Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, habelə “Qala” Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.


Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.


“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arzu edən hər kəsi tarixi irsimizlə yaxından tanış olmağa dəvət edir.