Sosial

"Hyundai Badamdar" MMC-nin sabiq əməkdaşı barəsində cinayət işi başlanılıb

Metbuat.az

Bakı. 21 aprel. REPORT.AZ/ Bakıda "Hyundai Badamdar" MMC-nin sabiq əməkdaşı barəsində cinayət işi başlanılıb. Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat daxil olub. Belə ki, "Hyundai Badamdar" MMC-nin sabiq əməkdaşı Vüqar Musayevin qanunsuz hərəkətləri barədə cəmiyyətdən daxil olan material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı V.Musayevin 10 aprel 2014-cü ildən 7 yanvar 2015-ci il tarixədək qeyd olunan şirkətin xəzinədarı vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə satışdan əldə edilən pulları kassaya mədaxildən yayındırmaq yolu ilə ona etibar edilmiş cəmiyyətə məxsus 91 min 200 manat məbləğində pul vəsaitlərini mənimsəməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.