Hollivud gözəllərinin fikir vermədiyiniz qüsurları (FOTO)
Məşhurlar daim öz gözəllikləri ilə özlərinə pərəstişkar qazanıb. Həmin məşhurlar, xüsusilə qadınlar xarici görünüşlərində olan, demək olar ki, istənilən qüsuru və çatışmazlığı aradan qaldırırlar. Bunun üçün həmin tanınmışlar plastik cərahiyyə əməliyyatlarına külli miqdarda pul xərcləyirlər.
Lakin həmin məşhurların əksəriyyətinin bir ümumi cəhəti var ki, o da onların ayaq ölçülərinin böyük olmasıdır. Açıq-saçıq geyinən həmin tanınmışların bu "qüsuru" çoxlarının gözündən yayınır.
ANS PRESS Skarlet Yohanson, Keyt Holms, Ancelina Coli kimi Hollivud ulduzlarının da içərisində olduğu həmin məşhurları təqdim edir.
39 yaşlı Keyt Uinslet gözəl bədən ölçüləri ilə bir çoxlarını özünə heyran edib. Ancaq 1,70 metr boyu olan aktrisanın ayaq ölçüsü 40 sm-dır. Olduqca şıq geyinən Uinslet bəzən fotoqrafların diqqətini baxımsız ayaqları ilə cəlb edir.
51 yaşlı avstraliyalı top model Ell Makfersonun ayaq ölçüləri 40,5 sm-dir. 1,70 metr boyu olan məşhur modelin hətta bir ayaqlara baxım mərkəzi də var.
Aktrisa Skarlet Yohansonun boyu 1,60 metr olsa da, ayaq ölçüsü 40,5 smdir.
Hollivudun ən çox qazanan qadın aktrisası 50 yaşlı Sandra Bulokun boyu 1,67 metr, ayaq ölçüsü isə 40, smdir.
Zərifliyi və şıklığı ilə tanınan 42 yaşlı Qvinet Peltrounun boyu 1,70 metrdir. Ayaq ölçüsü 40 sm olan Peltrou bir çox tanınmış məşhur dizaynerlərin ayaqqabılarını geyinir.
39 yaşlı Ancelina Colinin boyu 1,68 metr, ayaq ölçüsü 40 sm-dır.
44 yaşlı Uma Turmanın ayaq ölçüsü 40 sm-dır. O, öz ayaqları haqqında danışarkən "həmişə çox uzun və böyük ayaqlarımın olduğunu düşünmüşəm" deyib.
45 yaşlı Keyt Blançetin də boyu 1,70 metr, ayaq ölçüsü 40 sm-dır.
ANS PRESS