Heydər Əliyevin şəkli olan qızıl iPhone 6 - Fotolar
Caviar italyan brendi üzərində Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin rəsmi olan qızıl telefonlar hazırlayıblar.
Axşam.az buro247.az-a istinadən xəbər verir ki, yeni Supremo kolleksiyası iPhone 6 smartfonlarından ibarətdir. Kolleksiyaya daxil olan Supremo Aliyev, Supremo Aliyev Titano White Gold, eləcə də Azərbaycan gerbinin əks olunduğu modellər Perla Penna zərgərlik emalatxanasının ustaları tərəfindən hazırlanıb.
Hər iki telefon ağ qızılla uyğunluqda titandan hazırlanıb, mükəmməl dizaynı isə bu modeli digərlərindən fərqləndirir. Onlardan birinin üzərində Azərbaycanın gerbi və Ümumilli liderin imzası, digərində isə imza ilə yanaşı, unudulmaz "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" sözləri və Azərbaycan bayrağı əks olunub. Limitli kolleksiyanı Caviar-Azərbaycan butikindən əldə etmək olar.
Qeyd edək ki, bu, Caviar-ın dünya liderlərinə və tanınmış şəxsiyyətlərə həsr olunan ilk kolleksiyası deyil.
Bundan öncə Caviar üzərində Azərbaycanın xəritəsi, bayrağı və gerbi olan Atlante kolleksiyasını buraxmışdı.