Sosial

Heydər Əliyev prospektinin köməkçi yolu bağlandı

Metbuat.az

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir İlkin İzzət/

Bu gün səhərdən Heydər Əliyev prospektinin köməkçi yolunun Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan hissəsində təmir işlərilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Bu barədə Trend-ə "Azəryolservis" ASC-dən məlumat verilib.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospektindən əsas yoldan və Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan əsas yol bu gün səhər açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az