İqtisadiyyat

Heydər Əliyev prospektinin köməkçi hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb

Metbuat.az

[ 21 Aprel 2015 10:43 ]



Bakı. Vüsal Nəbiyev – APA-Economics. Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan köməkçi hissəsində təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti tam dayandırılıb.

Bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən “APA-Economics”ə məlumat verilib.

Məlumatda bildirilir ki, prospektin əsas hissəsi açıq olduğu üçün nəqliyyat vasitələrinin hərəkətində  heç bir problem yaşanmayacaq.