İqtisadiyyat

​Heydər Əliyev prospektində aparılan təmir işləri yaxın günlərdə yekunlaşacaq

Metbuat.az

Bakı. 15 aprel. REPORT.AZ/ 

Heydər Əliyev

prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsində aparılan təmir işləri sürətlə davam etdirilir.


Nəqliyyat Nazirliyi

"Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, səhər saatlarından həmin hissədə asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Təmir çərçivəsində nəzərdə tutulan digər işlər də paralel olaraq həyata keçirilir.


"Hava şəraiti normal keçərsə, yaxın günlərdə asfalt-beton işləri tamamilə yekunlaşacaq", - "Azəryolservis"dən bildirilib.